DİGƏR XƏBƏRLƏR
Qalmaqallı model Razi Əliyeva ailə qurub.
Bununla bağlı Razi sosial şəbəkə hesabında paylaşım edib.
Model "Səadət sarayı"nda adı N hərifi başlayan bir bəylə nikaha girdiyi görüntülərini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, bir neçə ay əvvəl model Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlayıb.