Şəbnəm Tovuzlu: "Qarşısına çıxıb, əsəbiləşərək onu vururam"
20-11-2023, 13:52

Müğənni Şəbnəm Tovuzlu "Xəbərin var" verilişində şəxsi həyatı haqqında danışıb.

AZİNFORM.AZ xəbər verir ki, o, Hacı Ramil ilə küsülü olmasından söz açıb:

"Həyat yoldaşımla beş gün də küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər, bu qədər küsülü qalmaq? Mən küsülü qala bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşərək onu vururam. Amma o heç zaman mənə əl qaldırmır. Soruşuram ki, məni sevirsən, yoxsa yox. Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm”.

Qeyd edək ki, Şəbnəm Tovuzlunun Hacı Ramil ilə nikahından Əli adlı oğlu var.  /teleqraf.com/





up