Məhkəmə teleaparıcının Space TV-də işə bərpasına qərar verdi
16-11-2023, 19:38

Bu gün Yasamal rayon məhkəməsində teleaparıcı Zamirə Dadaşovanın Space TV-nin baş direktoru Vado Karovinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Z.Dadaşova sosial şəbəkədə bildirib.

"Dostlar, bu dəfə də qalibəm! Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə qarşı iddia tələbim təmin edildi. Məhkəmənin qərarı ilə Space MMC-də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əmək haqqım ödəniməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm", - deyə aparıcı bildirib.  /bakupost.az/





up