"Çocuklar duymasın" serialıyla sevilən aktrisa Pınar Altuğ ötən gecə tədbirlərin birindən çıxarkən görüntülənib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın yeni avtomobil aldığı məlum olub. Altuğ elektriklə işləyən nəqliyyat vasitəsinə 2.5 milyon lirə (təxminən 260 min manat) ödəyib.
Avtomobilin nömrə nişanı isə aktrisanın həyat yoldaşı Yağmur Atacan, qızı Su və öz adının baş hərflərindən ibarətdir. /axşam.az/
AZİNFORM.AZ