Xumar Qədimova bu mahnısı ilə GÜNDƏMDƏ - VİDEO
7-11-2023, 23:07

Əməkdar artist Xumar Qədimovanın illər öncə səsləndirdiyi "Dilbərim" mahnısı eyni vaxtda 7 fərqli YouTube kanalında trendə düşüb.

AZİNFORM.AZ xəbər verir ki, Qədimovanın bənzərsiz repertuarında yer alan mahnıya öncə TikTok-da yüzlərlə video çəkilib, sonradan yutubda aktuallaşıb. Mahnının müxtəlif remiks versiyaları sənətkarın şəxsi səhifəsi ilə yanaşı, 6 əlavə kanalda yer alıb.

Mahnı hazırda YouTube-də 2-ci, 5-ci, 10-cu, 12-ci, 27, 28, 29-cu yerlərdədir.

Qeyd edək ki, bu, Azərbaycan musiqi tarixində bir ilkdir.

Bundan əlavə, Xumar Qədimova yeni TikTok hesabı açandan sonra onun repertuarında olan hitləri TikTok trendlərini alt-üst edib. /qafqazinfo/





up