Məşhur aktyor otağında ölü tapıldı - Ölümün pərdə arxasındakı SİRR...
7-11-2023, 22:32

Bir müddətdir narkomaniya ilə mübarizə aparan məşhur aktyor Evan Ellinqson reabilitasiya mərkəzində ölü tapılıb.
AZİNFORM.AZ xəbər verir ki, asılılıqla mübarizə aparan və reabilitasiya mərkəzində müalicə alan aktyor Evan Ellinqson öz otağında ölü tapılıb. 35 yaşlı aktyorun ölüm səbəbi hələlik məlum deyil.

dünyasını dəyişdi.jpg

CSI: Miami, 24 və My Sister's Keeper kimi layihələrdə rol alan 35 yaşlı aktyor Evan Ellinqson bir müddətdir ki, narkotik asılılığından reabilitasiya mərkəzində müalicə alır. Onun sağalma mərhələsində olduğu məlum olub.

gencl.jpg

People xəbərinə görə, San Bernardino County Şerif Departamentinin məhkəmə ekspertizası şöbəsi, Ellinqsonun 5 noyabr bazar günü saat 11:31-də Kaliforniya ştatının Fontana şəhərindəki reabilitasiya mərkəzinin yataq otağında ölü tapıldığını bildirdi. Aktyorun ölüm səbəbi hələlik məlum deyil.

oglgdg.jpg
AZİNFORM.AZ






up