AZİNFORM.AZ xəbər verir ki, iki əmisini bir gün fərqlə itirən məşhur müğənni üzücü xəbəri sosial şəbəkədə açıqlayıb.
Metin Arolatın əmisi, jurnalist Osman Saffet Arolat iki gün əvvəl dünyasını dəyişib. Onun digər əmisi memar Mehmet Neşet Arolat isə dünən dünyasını dəyişib. Qısa fasilələrlə iki əmisinin ölüm xəbərini alan Metin Arolat az qala sarsılmışdı. Metin Arolat üzücü xəbəri sosial media hesabında açıqlayıb. Arolat, "Hər iki əmimi bir gün fərqlə əbədiyyətə yola saldığımız üçün kədərləndik. Ruhları şad olsun" dedi.
METİN AROLAT KİMDİR?
Metin Arolat 28 may 1972-ci ildə İzmirdə anadan olub. Ana tərəfdən Çərkəz, ata tərəfdən İstanbulludur. Mətin Arolat Mövlananın 23-cü nəsil nəvəsidir. Babası 23 iyul 1897-ci ildə anadan olan məşhur türk şairi "Ali Mümtaz Arolat"dır.