Zaurun efirində biabırçılıq: “Əlin girdi arvadın gözünə” - VİDEO
27-10-2023, 11:29

“Bizimləsən” ictimai-sosial proqramda gözlənilməz hadisə yaşanıb. 

AZİNFORM.AZ xəbər verir ki, Zaur Baxşəliyevin aparıcısı olduğu proqramda gəlin və qayınana arasında dava düşüb.

Canlı efirdə bir-biri ilə söz davasına çıxan ailə üzvlərinin mübahisəsi müzakirələrə səbəb olub. 

Zaur Baxşəliyev “Əlin girdi arvadın gözünə, o qədər yaxından əlini soxdun ki, elə bildim əlin arvadın gözünə girəcək” - deyə davaya müdaxilə edib. 

Proqramdan olan kadrlar qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb. Aparıcının efirdə bu cür biabırçılığa göz yumması tənqid hədəfinə çevrilib. 

Sözügedən kadrları təqdim edirik: 


/Yenisabah.az/



up