"Sahibkar bir qadındır, üzəri brilliantlarla doludur, amma danışanda..."
18-10-2023, 19:27

Aktyor və aparıcı Sərxan Kərəmoğlunun “Tarixin bir günü” verilişində söylədiyi “Kütlənin 60 faizi savadsızdır” sözləri gündəmi çalxalayıb.

AZİNFORM.AZ 
xəbər verir ki, sözügedən proqramda qonaq olan Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan mövzu ilə bağlı qalmaqallı açıqlama verib.

“Deməzdim ki, bizim cəmiyyətdə savadsızlaşma gedir. Artıq savadsızlaşma yox, “manqurtlaşma” gedir. Bu söz mədəni sözdür. Savadsızlaşma odur ki, uşaq oxumur, gedib məktəbdə “iki” qiyməti alır. Amma “manqurtlaşma” isə ana bətnindən artıq özünü büruzə verir.
Əgər bugünkü gün efirdə “gəlirsən” sözünə “gələssən” deyirlərsə... Baxıram ki, savadlı müəllimə, vəzifəli insandır “gələssən”, “gəlməyəssən” deyir. Sahibkar bir qadındır, üzəri brilliantlarla doludur, amma danışanda “gəlirsən” sözünə “gələssən” deyir. Bu, dəhşətdir”, 
- deyə Elza vurğulayıb.  





up