DİGƏR XƏBƏRLƏR
Üzücü xəbərlər ard-arda gəlir. Məni bu günlərdə incidən pis xəbərlərdən biri də müğənni Yaqut Nərimanın həyat yoldaşı qətlə yetirilməsidir. O qızı yaxşı tanımasam da, efirlərdə bir neçə dəfə qarşılaşmışam. Efirlərdə insan nə qədər özünü mədəni aparsa da, artistlik etsə də, reklam arasında özünü biruzə verir. O qız, istər efirdə, istərsə də reklam arasında yetəri qədər mədəni, qabiliyyətli idi".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli deyib.
Şairə səbəbindən asılı olmayaraq heç kimin kimisə qətlə yetirməyə ixtiyarının olmadığını vurğulayıb: "Dövlət var, qanun var, güc strukturları var. Bütün məsələlərin həlli tapatacaq potensialdayıq ki, son zamanlar da bunu görürsünüz". /publika.az/