Məşhur aktyor İsraildə raket hücumu zamanı qorxunc anları lentə aldı
11-10-2023, 01:01

Netflix-in məşhur serialı Fauda-da oynayan Lior Raz İsrailin Sderot şəhərinə gedərək bölgə xalqına könüllü olaraq kömək etmək istəyib. O, HƏMAS-ın həyata keçirdiyi raket hücumuna məruz qalıb.  

AZİNFORM.AZ bildirir ki, yardım üçün əraziyə gedən aktyor hücum zamanı divarın küncündə gizlənərək həmin anları lentə alıb. 

Hücum Lior Raz kömək etmək üçün orada olarkən baş verib. Göydə raketlər partlayarkən divarın arxasına sığınan dünya şöhrətli aktyor həmin anları lentə alıb.

 Hücum anlarını İnstaqram hesabında paylaşan Raz, "Yüzlərlə könüllüyə kömək üçün müxtəlif tapşırıqlar verildi. Bizi bombardman altında olan bulvardan iki ailəni xilas etmək üçün göndərdilər. Əsas odur ki, qorxma".






up