DİGƏR XƏBƏRLƏR
"Doktorlar" serialındakı "Gestapo Fikrət" obrazı ilə yadda qalan məşhur aktrisa Yeşim Ceren Bozoğlu bir müddət əvvəl böyük dəyişiklik keçirərək 60 kilo arıqlayıb.
AZİNFORM.AZ xəbər verir ki, qısa müddətdə bu təsirli arıqlama Yeşim Ceren Bozoğlunun pərəstişkarlarının böyük marağına səbəb olub.
110 kilodan 50 kiloya düşən Bozoğlunun bu təsirli dəyişməsinin arxasında qətiyyət və sağlam həyat tərzi dəyişiklikləri dayanır.
Məşhur aktrisa artıq çəkisindən xilas olmaq üçün mədə kiçiltmə əməliyyatına əl atsa da, təkcə bu əməliyyatla kifayətlənməyib və müntəzəm idman etməyə və diqqətli pəhriz saxlamağa davam edib.
AZİNFORM.AZ