Xalq artisti və jurnalist canlı efirdə barışdılar - VİDEO
5-10-2023, 18:52

Xalq artisti Könül Xasıyeva və jurnalist Pərviz Hüseyn arasında illik qalmaqal sona çatıb.  

AZİNFORM.AZ xəbər verir ki, məhkəmə çəkişən xanəndə və jurnalist canlı efirdə üz-üzə gələrək barışıblar. Tərəflər "Xəzər" telekanalında yayımlanan “Təsir Dairəsi” proqramında onlar aralarındakı söz-söhbətə son qoyub.

Canlı efirdə Xalq artistindən üzr istəyən P. Hüseyn həmişə Xalq artistinə hörmət etdiyini bildirib.

Öz növbəsində, K. Xasıyeva jurnalistə yaxınlaşaraq onu qucaqlayıb:

“Mən heç vaxt həbsin tərəfdarı olmamışam. 40 min manat tələbini də mən qoymamışdım, qarşıma seçim qoymuşdular. Məhəkə prosesində də barışığın tərəfdarı olmuşam. Onu öpüb bağrıma basıram”.





up