"Öyle Bir Geçer Zaman Ki" serialının ulduz aktyoru təcili xəstəxanaya çatdırıldı
4-10-2023, 21:52

İllər əvvəl ekrana gələn  "Öyle Bir Geçer Zaman Ki" serialında Necati obrazını canlandıran Sercan Badur sevənlərini qorxudub. Bir müddət ekranlarda görünməyən Badur Amerikada məskunlaşıb. Pərəstişkarlarını qorxudan gənc aktyorun öd kisəsindən əməliyyat olunduğu öyrənilib.

AZİNFORM.AZ bildirir ki, məşhur aktyor bu gün sosial media hesabında paylaşdığı paylaşımla sevənlərini kədərləndirib.

Sosial şəbəkələrdən aktiv istifadə edən gənc aktyor Nyu Yorkdakı Presbyterian Queens Xəstəxanasında təcili əməliyyat olunduğunu izləyiciləri ilə bölüşüb.  Badur paylaşımında "Narahat olma öd kisəsi məni tərk edən ilk adam deyilsən. Hələ də appendisit üçün darıxıram" yazıb. 



 





up