Hadisənin keçmiş əri Londonda yeni sevgilisi ilə - Görüntülər hər kəsi ŞOKA SALDI
28-09-2023, 01:48

Məşhur müğənni Hadisə ilə uzun müddət görüşən və daha sonra evlənən məşhur iş adamı Mehmet Dinçerler 4,5 aydan sonra boşanmaq qərarına gəlib. Qərardan sonra ikisi arasında gərginlik yaşansa da, sosial mediada paylaşılan son görüntülər hər kəsi şoka salıb. Daha əvvəl Hadisə ilə barışdığı iddia edilən Dinçerler Londonda yeni sevgilisi ilə yaxalanıb. 

AZİNFORM.AZ bildirir ki, görüntülər sosial mediada sürətlə yayılmağa başlayıb.

Mehmet Dinçerler və Hadisə 30 aprel 2022-ci ildə ailə həyatı qurub və 4,5 ay sonra boşanıblar. Boşandıqdan sonra ikili arasında davamlı gərginlik yaşansa da, ötən həftələrdə Hadisə ilə Mehmet Dinçerlərin barışacağı iddia edilmişdi. Son paylaşılan görüntülər vəziyyətə son qoyub.

 Barışıq iddiaları ilə bağlı açıqlama verən Hadisə, "Bəziləri keçmişdə ilişib qaldığımızı düşünür. Biz bir kitabı iki dəfə oxumuruq" dedi. Hadisənin bu sözlərindən sonra Mehmet Dinçerler yeni eşqi ilə Londonda görüntülənib. 

GazeteMagazin-in xəbərinə görə; Alış-verişdən çıxarkən yaxalanan cütlük əllərində çanta ilə kameralara tuş gəlib. Digər tərəfdən Dinçerlərin yeni sevgilisinin adının Tuana Hayfavi olduğu öyrənilib. 

AZİNFORM.AZ


 





up