Şəxsi həyatı ilə hər zaman gündəmdə olan Hadisə bir müddət əvvəl Sevmiyo mahnısı ilə kamera qarşısına keçib. Klipdə kamera qarşısına yarıçılpaq keçən Hadisə kişi partnyoru ilə erotik səhnələri ilə diqqət çəkib.
AZİNFORM.AZ bildirir ki, sosial media hesabındakı cəsarətli paylaşımları ilə tez-tez adından söz etdirən Hadisə 29 sentyabrda yayımlanacaq Sevmiyodan ilk kəsimi yayımladı.
İnstaqramda 14,5 milyon izləyicisi olan Hadisə sentyabrın 29-da yayımlanacaq Sevmiyo klipindən ilk kəsimi yayımladı. Mahnısındakı erotik səhnələrdən narahat olan Hadisənin izləyiciləri "Çox kobudluq var" şərhini yazıblar.
Arxasını çevirərək üstsüz poza verən Hadisənin bu pozasının klip üçün olduğu görünür. Hadisənin sosial şəbəkədə yeni klipinin reklamı böyük səs-küyə səbəb olub.
Hadisənin 2018-ci ildə yayımlanan "Sıfır Toleranslar" mahnısının klipi erotik sayıldığı üçün RTÜK tərəfindən cərimələnib.
Klip xüsusilə arxa və sevişmə səhnələrinə görə çox "pornoqrafik" hesab edildi.