Məşhur aktrisa parkda ölü tapıldı - VİDEO
27-09-2023, 20:58

Sonuncu dəfə “Çocuk Duymasın” filmində rol alan uğurlu aktrisa Seda Fettahoğlu İstanbulda parkda ölü tapılıb.

AZİNFORMAZ  Tütkiyə mediasına istinadən xəbər verir ki, "Sihirli Annem" və "Çocuk Duymasın" başda olmaqla bir çox seriallarla ictimaiyyət tərəfindən tanınan İstanbul Şəhər Teatrının aktrisası Seda Fettahoğlu vəfat edib.

Lakin Sedanın ölümündən 4 gün əvvəlki həyatla bağlı pozitiv paylaşımları izləyicilərdə onun öldürülə biləcəyi şübhələrinə də səbəb olub. 

Fəttahoğlunun şəxsi İnstaqram hesabından son paylaşımı da üzə çıxıb.

4 gün əvvəl küçədə keçirdiyi xoşbəxt anın fotosunu yayımlayan məşhur aktyor paylaşımına “Həyatı sev, bədəni qoru” yazıb.

 Hadisə ilə bağlı araşdırmalara başlanılıb.





up