Məşhur aktrisa Ərəb dünyasının ən möhtəşəm mükafatını qazandı - VİDEO
21-09-2023, 15:04

Məşhur aktrisa Şevval Sam Livanda keçirilən Murex D'or 2023 Beynəlxalq Mükafatlarında "Ən Yaxşı Qadın Oyunçu" mükafatını qazanıb.
AZİNFORM.AZ xəbər verir ki,  Eda Ece Livanda keçirilən ərəb dünyasının ən möhtəşəm mükafat mərasimlərinin sahibi olub.

Onun ərəb mahnısı oxuması tədbirə rəng qatıb və coşqu ilə qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan bu görüntülər böyük marağa səbəb olub.

Şevval Sam bu mükafatla karyerasının zirvəsinə qalxaraq böyük uğur qazanıb. Mükafat mərasimində Şevval Samın səhnə performansı və çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Mərasimdə xarici mətbuatın suallarını da cavablandıran aktrisa əcnəbi pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.

Şevval Sam tezliklə Disney Plus -da yayımlanacaq 'Ru' adlı layihəsi ilə yenidən tamaşaçılarla görüşəcək.

Qeyd edək ki, Şevval Sam türkiyəli aktrisa, müğənni və aparıcıdır.






up