"Həmin fotolarımı pulla sildirə bilmirəm"
26-05-2022, 01:00

Müğənni Xuraman Şuşalı hicabsız görüntülərini internetdən sildirə bilmədiyini deyib.

Sənətçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, bunun üçün nə qədər çalışsa da, nail ola bilməyib:

"Hicabsız fotolarımı sildirirəm. Sildirə bildiklərimi sildirdim. Amma qalanlar qalıb. Pulla da olunacaq iş deyil. Pulu ödəsəm, başqası yükləyəcək və buna bines kimi baxacaqlar. Keçmiş keçmişdə qaldı. Müğənniyəm, səhnə bunu tələb edir". /axşam.az/


AZİNFORM.AZ





up