AZİNFORM.AZ bildirir ki, Kayaalpın cənazəsi bu gün günorta saatlarında yaxınları tərəfindən qəbul edilərək Dalaman Mərkəzi Məscidinə gətirilib. Dəfn mərasiminə Kayaalpın atası Əli Rıza Kayaalp, anası Esin Tüzün və yaxınları qatılıb. Sənət ictimaiyyətindən heç kimin qatılmadığı mərasimdə ana Esin Tüzün göz yaşlarına boğularaq güclə dayanıb. Namazdan sonra Merve Kayaalpın cənazəsi Killik qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.
Digər tərəfdən, Əli Rıza Kayaalpın polisə verdiyi ifadəsində televiziya və kino aktrisası olan qızının bir çox layihəyə müraciət etdiyi və müsbət cavab almadığı üçün bir müddət depressiyaya düşdüyü öyrənilib. Kayaalpın bu səbəbdən psixoloji narahat olduğu öyrənilib.
Aktrisa Merve Kayaalp "Sakarya Fırat", "Küçük Kıyamet", "Düşler ve Umutlar", "Elif", "Şeref Meselesi" və "Savaşçı" seriallarında rol alıb.