Fidan Hacıyeva ingilis əri ilə evliliklərinin 20-ci ilini lüks evlərində qeyd etdilər - VİDEO
10-09-2023, 01:38

Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyeva həyat yoldaşı, iş adamı İngiltərə vətəndaşı Filip Neylorla birgə evliliklərinin ildönümünü qeyd ediblər.  

AZİNFORM.AZ
xəbər verir ki, ailə həyatının 20-ci ilinə qədəm qoyan cütlük dəbdəbəli evində iki mərtəbəli tort kəsərək bir-birini təbrik edib.  

Həmin anları isə Hacıyeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Fidan sözügedən videonu isə rus dilində ifa etdiyi "Səni sevirəm, yenə sevirəm" adlı mahnısı sədaları altında paylaşaraq, şərh bölməsinə "ürək" işarəsini yazıb.  

Qeyd edək ki, Fidan Hacıyeva Filip Neylorla 2003-cü ildə ailə qurub. Cütlüyün bu nikahdan 1 qız və 2 oğlan övladı var.  


/bizim.media/



up