ATV kanalında yayımlanan "Aldatmak"ın "Mualla" obrazını canlandıran Nursel Köse yayda "Başkan" filmi üçün kamera qarşısına keçib.
AZİNFORM.AZ xəbər verir ki, aktrisa görünüşündə dəyişikliklər edib. O, dişlərinə qızıl taxdırıb, üzündə və gözlərində dəyişiklik etdirib.
Nursel filmdə Diren Polatoğullarının canlandıracağı bələdiyyə rəisinin xanımı obrazında yer alacaq. Onun qızıl dişləri səs tellərinə təsir etməsin deyə, həkim nəzarətində hazırlanıb. Onun makiyajını etmək üçün isə 2 saatdan çox vaxt sərf edilib. /axşam.az/