"O gün biri gəlib 4 uşaq da yanında. Ayaqyalın, başıaçıq uşaqlarla qalıblar çöllərdə. Deyirəm, neçə yaşda evlənmisən. Deyir 20. İndi də var 24 yaşı. Özbaşına durub evləniblər. İndi də küçələri gəzirlər". 40 yaşında ailə həyatı qurduğunu deyən aparıcı maraqlı açıqlaması ilə diqqət çəkib: "Mən fikirləşdim o yaşa kimi. Düşündüm bu olar, bu olmaz. Elə bir zamanda ailə qurmaq lazımdır ki, sabah arxada gözün qalmasın".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu verilişdə səsləndirib.
Elgiz Əkbər sonda yardım aksiyası keçirənlərə irad bildirib.
"Yaxşıdır. Lazımdır kömək etmək. Ancaq bu yardım aksiyaları ki, var çox pis öyrədirlər. Bunu elə etmək lazımdır ki, bəzilərində adət halına almasın. Elə deyirlər ver! Ver! Biz əslində işləməyi təbliğ etməliyik. Bir işin qulpundan tutmaq lazımdır. Mən o gün ayaqqabım yırtılanda saxladım, apardım şəhərə ki, bir pinəçiyə tikdirim. O boyda şəhəri gəzdim pinəçi tapmadım. Hansı ki, əvvəl hər küçədə rastımıza çıxırdı. Hamı oxuyub Molla Pənah olmalı deyil. Bir peşə üzrə getmək lazımdır. Dərziyə, ayaqqabı tikənə, zərgərliyə və s. o qədər sahə var ki, getmək, işləmək lazımdır",-deyə aparıcı qeyd edib.