Nadirdən Elgizə DƏSTƏK: "Təyyarədə "biznes" sinifi ilə yox, adı salonda" - FOTO
31-08-2023, 21:57

Müğənni Nadir Qafarzadə yeni paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

AZİNFORM.AZ xəbər verir ki, sənətçi xarici ölkəyə uçarkən təyyarədə çəkdiyi "selfi"sini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qafarzadə paylaşdığı fotosuna "Biznes klassda yox, adi salonda. Hamı kimi!" sözlərini yazıb və aparıcı Elgiz Əkbərin adını işarələyib.

Qeyd edək ki, daha əvvəl təyyarədə "biznes" və "ekonom" sinifi ilə bağlı məsələyə aparıcı Elgiz Əkbər qalmaqallı şəkildə şərh vermişdi.

O, "Bəzi görməmişlərə demək istəyirəm ki, həddinizi bilin və "ekonom"la uçmaq o qədər də ayıb deyil. Ayıb, cəmiyyət arasında özünü apara bilməyib, ağzının danışığını bilməyənlərədir" fikirlərini bildirmişdi. /bizim.media/





up