Tanınmış aktyor söz atdı: "Sizə aid missiyam tamamlandı"
25-08-2023, 14:12

"Xəzər tv"də yayımlanacaq "Xəyanət" serialının layihə rəhbəri olan aktyor Cövdət Şükürov sosial şəbəkədə iddialı mesajlarla çıxış edib.

AZİNFORM.AZ xəbər verir ki, aktyor özünün də çəkildiyi serialın böyük uğur qazanacağına əmin olduğunu deyib.

" "Xəyanət" serialı yeni mövsümdən Xəzər tv-də efirdədir. Kim nə deyir desin bu serialın üstünə serial olmayacaq bu il" , - Cövdət Şükürov qeyd edib.

Elxan Yunis, Kamalə Müzəffər, Arzum Kərimova, Cövdət Şükürov, Sənan Kazımov, Aysel Nəsirzadə, Tural Baxış
Zemfira Əbdülsəmədova, Flora Hüseynova, Leyla Babayevanın rol aldığı ekran işinin ssenari müəllifi Gəray Həsənov ilə Fidan Bayramovadır.

Aktyor son paylaşımında ad çəkməsə də, anonim bir ismarış yollayıb.

"Sizə aid missiyam tamamlandı cənablar, gedə bilərsiz, necə ki getdiz", - o, vurğulayıb. /publika.az/





up