“Yalı çapkını”nda o da rol alacaq
17-08-2023, 20:58

Türkiyədə reytinq rekordları qıran və hazırda mövsüm finalı edən “Yalı çapkını” serialına yeni aktrisa daxil olub.

AZİNFORM.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, yaxın günlərdə çəkilişlərinə başlanacağı gözlənilən serialda Binnur Kaya da yer alacaq.

 Serialda Halis Korhanın İngiltərədəki qızı “Nükhet” obrazını Binnur Kaya canlandıracaq.

Qeyd edək ki, ilk bölümü 23 sentyabr 2022-ci ildə yayımlanan “Yalı çapkını” “OGM Pictures” tərəfindən çəkilir. Serialda baş rolları Afra Saracoğlu, Mert Ramazan Demir və Çetin Tekindor oynayır.





up