Nişantaşı küçələrinə çıxan Gülşen ÜSYAN ETDİ: “Yanımda uşaq var"
15-08-2023, 12:18

Son zamanların ən çox danışılan adlarından olan məşhur müğənni Gülşən uzun müddətdir səhnə geyimləri ilə danışılıb və məşhurlar aləmində polemika yaratmağı bacarıb. Daha sonra məhkəmə prosesi ilə gündəmdən düşməyən Gülşən indi bütün müzakirələri arxada qoyub və özünü işinə həsr edib. Səhnələri cəmləşən Gülşen ötən gün Nişantaşıda görüntülənib. Gülşən yolda qalan maşın səbəbiylə bir müddət dayanacaqdan çıxa bilmədiyinə görə əsəbləşib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə sifariş verdiyi paltarları almaq üçün “Nişantaşı” na gələn 47 yaşlı müğənni avtomobilini park edəndə olub.

Çox əsəbiləşən Gülşən bunun acığını yanında olan balaca qızdan və mətbuat mənsublarından çıxıb.

Nişantaşıda obyektivlərə tuş gələn məşhur müğənni Gülşen jurnalistlərə “Bəsdir, daha çəkməyin. Mənim yanımda uşaq var. Əldə etdiyiniz görüntü kifayət deyilmi?" deyə üsyan edib.


AZİNFORM.AZ 





up