DİGƏR XƏBƏRLƏR
Türkiyəli müğənni Gülbən Ergən Azərbaycanın Xalq artisti, mərhum müğənni İlhamə Quliyevanı yad edib.
AZİNFORM.AZ-ın lent.az-a istinadən xəbərinə görə, o, İlhamə Quliyevanın illər öncə trendə çevrilmiş bir videosunu paylaşaraq kiməsə söz göndərib və “daima özünü mənimlə müqayisə etməyə çalışan insana verəcəyim maksimum cavab. Və bu qədər…” şərhini yazıb.
Həmin videoda İlhamə “Gözəllik deyirsən, məndə, gözəl dəri deyirsən, məndə, “ad-san” deyirsən, məndə, status deyirsən, məndə, tərbiyəli ailə deyirsən, məndə. Mənim nəyimə üzünü turşuda bilərsən?” –deyə özünü tərifləyib.