"Papanın gül balası" Özbəkistanın məşhur yarışmasında - Video
23-05-2022, 23:26

Özbəkistanda yayımlanan "Artist" yarışmasında Elyorbek Melibayev adlı iştirakçı Azərbaycan mahnılarından ibarət popuri səsləndirib.

İştirakçı ilk olaraq Rəşad Dağlı, Aydın Xırdalanlı, Pərviz Bülbülə və Elşən Xəzərin "Ağ, qara, qırmızı, can, ay fransız qızı" meyxanasını, daha sonra Aydinçikin "Elnare" mahnısını və sonda isə Namiq Qaraçuxurlunun "Papanın gül balası" meyxanasını oxuyub.

Onun ifası münsiflər və izləyicilər tərəfindən çox bəyənilib. /axşam.az/

Sözügedən görüntüləri təqdim edirik:



AZİNFORM.AZ



up