Əməkdar artist gözəlləşmək üçün plastik ƏMƏLİYYAT ETDİRDİ - FOTO
26-07-2023, 11:51

Əməkdar artist Nigar Şabanova dünən yenidən plastik əməliyyat etdirib. 

AZİNFORM.AZ bildirir ki, xanəndə Lent.az-a bu dəfəki əməliyyatın korreksiya xarakteri daşıdığını bildirib.

“Ötən il etdirdiyim liposaksiyadan sonra bədənimdə dəri sallanmaları olmuşdu. Ona görə, abdominoplastika etdirib artıq, sallanan dəriləri kəsdirdim. Hər şeyin ideal səviyyədə olmasını istədim”,- deyə o qeyd edib.

Müğənni hələ də xəstəxanada olsa da, özünü yaxşı hiss edir. Müğənni buna qədər burun, yanaq, dodaq, qaş və üz çevrəsinə estetik prosedurlarla əl gəzdirib.






up