Afaq Bəşirqızı “Toya bir gün qalmış"da - VİDEO
20-07-2023, 10:25

Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra səhnəyə qayıdıb.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, sənətçi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" komediyası ilə səhnəyə çıxıb.

Aktrisa səhnədə uzun müddət alqışlanıb.

Həmin anın görüntülərini aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşıb.

A.Bəşirqızı səhhətində olan problemə görə uzun müddətdir səhnədən uzaqlaşmışdı.





up