DİGƏR XƏBƏRLƏR
Müğənni Emil Bədəlov açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
AZİNFORM.AZ bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda dünyasını dəyişən atasından söz açıb.
Bədəlov bildirib ki, atası yaşasaydı, onun müğənni olmasına icazə verməzdi:
"Atam Namiq Bədəlov mənim altı yaşım olanda dünyasını dəyişib. O da müğənni olub. Atam sağ olsaydı, mən müğənni olmazdım. Onun sənətini yadigar olaraq davam etdirirəm. Elə məqamlar olur ki, deyirəm ki, bu sənət mənlik deyil. Amma Allaha çox şükür ki, o mənə bu sənəti bəxş edib ki, ailəmi və balalarımı dolandıra bilirəm".