"Biz beş duet oxumuşuq. Bütün əməyim, əziyyətim yerə vurulub. Əvvəllər başa düşmürdüm niyə belə edir, dərdi nədir. Niyə duet ortağım arxamca iş çevirdi. Sən mənimlə məşhur oldun, efirlərə çıxa bilmirdin. Asif Kərimov səni ona görə mənimlə bir araya gətirdi. Hamımızın əməyini yerə vurdun".
AZİNFORM.AZ-ın xəbərinə görə,, bu sözləri müğənni Bəturə Hüseynova deyib.
Hazırda Türkiyədə yaşayan Bəturə Nəbiyeva sosial şəbəkə hesabında canlı yayım açaraq Səbuhi İbrahimovu biabır edib. Buna Sahibin Bəturə ilə oxuduğu mahnıları tək ifa etməsi və ya onu digər müğənni xanımlarla əvəz etməsi olub.
“Bir də eşitsəm ki, həmin dueti başqa müğənni ilə oxumusan, birinci səni, sonra da həmin müğənnini biabır edəcəyəm. Nə görünüşün, nə savadın mənə yaraşır. Səni toyda, orada-burada bəzəyən mən idim", - Bəturə onu təhdid edib.
“Sən mənimlə məşhur oldun, efirlərə çıxa bilmirdin. Səni mənə görə toylara çağırırdılar. Məni az qalırdın qucağında daşıyasan. Sonra ailəni bəhanə edib ayrıldın”, - müğənni xanım bilidirb.
O qeyd edib ki, Sahib kiminlə oxuyursa, onunla qalmaqal yaradır.
"Mənə bir təşəkkür belə etmədin, halallıq istəmədin Mənimlə oxuyasan deyə, 1 il gözlədin. Getdiyin yerlərdə deyirdin ki, Bəturənin kliplərini mən qarşılayıram. Amma demirdin ki, Bəturə hesabına beş toyunun sayı ona qalxmışdı. Hətta toydan mənə qonorar da ödəmirdin. Toy sahibləri, bəlkə mənə qonorar ödəmisiniz, amma o, gətirib verməyib.
Deyirdin, mahnılara pul xərcləmişəm. Sən kimsən, mənə pul xərcləyəsən? İndi duetimiz yenidən trend olub. Toya gedirsən, mənim yerimə gah Şəbnəm Tovuzlu, gah Gülyanaq Məmmədovanı aparmısan. Toyda yalandan Gülyanağa belə ağız tərpətdirmisən. O gün Şəbnəm video atıb ki, toyda sənin yanında durub mənim ifama ağız tərpədib",- müğənni qeyd edib.