Röya: “Oğluma söz vermişəm ki, ikinci dəfə ana olmayacam” - VİDEO
14-07-2023, 12:30

“Deyirlər ki, Hüseyn təkdir. Nə vaxtsa ikinci dəfə ailə qurmaq, uşaq dünyaya gətirmək istəyərsən? Deyirəm ki, yox”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri verilişlərin birində qonaq olan Xalq artisti Röya Ayxan deyib.

Müğənni oğlunun təkliyindən söz açaraq ikinci dəfə ana olmayacağını bildirib: "O qədər beynimə salıb “yox” demişəm ki, bir dəfə yuxuda da ikicanlı və yekə qarnımın olduğunu gördüm. Yuxuda ağlayıb deyirdim ki, mən oğluma söz vermişəm, hamilə ola bilmərəm. Axı, necə oldu ki, ərə getdim? Yuxudan ayılıb ağladım. Həyatımda da başa düşürəm ki, oğlum Hüseyn mənim üçün təkdir. Qızımın olmasını heç istəmərəm. Lazım deyil”.

Qeyd edək ki, Xalq artistinin iş adamı Anardan Hüseyn adlı bir oğlu var. 






up