“Bakını varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar" - Nura Suri - VİDEO
13-07-2023, 23:23

Müğənni Nura Suri Dənizkənarı bulvarda skuterlərin, velosipedlərin hərəkətindən narazılıq edib.

AZİNFORM.AZ  xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb. Müğənni qeyd edib ki, bulvarda rahat gəzmək mümkün deyil:

"Bulvarda skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq. Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər. Skuterlər yenə icarəyə verilir, guya qadağan olunmuşdu.

Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu çimərliklərdir, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar.
İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də. Anında “parkovşik” adıyla gəlib 2 manat alırlar. İnsanlara rahat yaşamaq üçün şərait yaradın, olmaz belə".





up