Məşhur müğənninin konsertinə qadağa qoyuldu - FOTO
10-07-2023, 00:39

Türkiyəli məşhur müğənni Hande Yenerin dünən axşam yerli saatla 21.30-a planlanan konserti ləğv olunub. Bələdiyyə onun konsert proqramlarında "milli mənəvi dəyərlərə zidd çalarlarn olması"nı əsas gətirərək belə qərar verdiyini açıqlayıb. 

AZİNFORM.AZ xəbər verir ki, müğənni Hande Yenerin konserti ləğv olunub. Balıkesir şəhərində keçiriləcək konsertə saatlar qalmış bu qərarı yerli bələdiyyə verib.

50 yaşlı müğənni Hande Yener isə qərarı əsassız sayıb.

O, sosial media hesabından yazıb: "Bu axşam baş tutacaq Balıkesir konsertimiz təəssüf ki, bəzi etirazlara görə Balıkesir Bələdiyyəsi tərəfindən ləğv edildi. Bütün fikirlərə, dünyagörüşlərinə hörmətlə yanaşıram, amma bəzən bir-birimizin səsi olmaq lazımdır. Mən qadağan olunacaq bir şeylər etdiyimi düşünmürəm. Bütün enerjim və sevgimlə səhnədə olmağa davam edəcəyəm və bu dəyişməyəcək. Başqa vaxt görüşmək ümidi ilə Balıkesir...".






up