Berk Oktaydan həyat yoldaşına 6 milyonluq hədiyyə
8-07-2023, 10:05

Türkiyəli aktyor Berk Oktay evliliklərinin birinci ildönümündə həyat yoldaşı Yıldız Çağrı Atiksoya böyük jest edib. Berk Oktay birinci ildönümündə həyat yoldaşına hədiyyə olaraq Kiprdə ev alıb. 

AZİNFORM.AZ xəbər verir ki, aktyor xanımına evliliklərinin ildönümü münasibəti ilə ev hədiyyə edib. Mülkün dəyərinin 6 milyon lirə (təxminən 65 min 260 manat) olduğu ortaya çıxıb.

Həyat yoldaşının Kipri çox sevdiyini bilən Berk Oktay belə bir sürpriz edərək onu təəccübləndirib.









up