Mahnıları ilə könülləri oxşayan sənətçi Yıldız Tilbe ötən axşam konsertdə minlərlə pərəstişkarına unudulmaz gecə yaşatdı. Bir müddət əvvəl saçlarını qırxdıran məşhur müğənni konsert verərkən qəfildən parikini çıxarıb.
AZİNFORM.AZ-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, mahnı oxuyarkən səhnədə parikini çıxaran müğənni pərəstişkarları tərəfindən alqışlarla qarşılanıb.
Saçlarının vəziyyətini göstərən Tilbe "Saçlarım və qaşlarım çox gözəldir, Allaha şükür" deyərək hamını güldürüb. Sözlərinə davam edən Tilbe, "Saçlarım ağarıb. Parik taxanda 35 yaşım var, taxmayanda 60-cı illərə doğru gedirik, şükürlər olsun" deyib.






Facebook
Вконтакте
Одноклассники
Google+