Türkiyəli aktyor Bora Akkuş azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin sosial şəbəkədə paylaşdığı videoya münasibət bildirib.
AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, görüntülərdə Nəsrinin sinəsinə pul qoyan aktyor hamilə həyat yoldaşından üzr istəyib:
"Nəsrinin Urazın ad günü üçün hazırladığı video ötən il çəkilib, gülünc və uğursuz alınıb. Niyə bu video bilmirəm. Ola bilsin ki, mənim əhvalımdan və davranışımdan və ya görüntülərin seçilmiş hissəsindən aydın görünmür, amma aramızdakı zarafat olub. Yoxsa Nəsrinə pul taxmaq mənim həddimə deyil. Kadrların çəkildiyi tarixə, oturduğumuz masadakı yoldaşlara və bu tədbirin əvvəlində baş verənlərin videoda görünməməsinə görə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan hər şeyi başa düşürəm. Doğuşa bu qədər yaxın olan həyat yoldaşım üçün bunun bir problemə çevrilməsindən çox narazıyam. Mövzu yalnız Urazın doğum günü olmalıdır. Görüntünün yaratdığı bu pis hisslərə görə həyat yoldaşım Obendən üzr istəyirəm. Bu məsələdə məni mühakimə edən insanlara öz məyusluğumu bildirmək istəyirəm".