"Ailə qurduqdan sonra sənətdən getməyə hazıram” - VİDEO
28-06-2023, 23:52

“Ailə qurduqdan sonra gecə uşağımın ailəmin yanında olaram. Gecə saat 11-12-də niyə toylarda oxuyum ki,… Düşünürəm ki, əgər bir xanım müğənni ailə qurursa, sənətə həvəsi varsa və həyat yoldaşı bunu istəyirsə, arada-sırada, “YouTube” üçün mahnı yazdırıb, çıxarda bilər. Əgər həyat yoldaşı istəmirsə, heç ehtiyac da yoxdur. Əgər həyat yoldaşın səni yaxşı saxlayırsa, (dolandıra bilirsə – red.) nə ehtiyac var işləməyə?! Ər çörəyini ye, necə istəyirsən elə də xərclə”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Sənətçi bildirib ki, əgər yenidən ailə qurarsa, pul qazanmaq üçün toylara getməyəcək:

“Ailənin və sənətin öz yeri var. Ailə quran insan bilir kimi alır. Ailə qurduqdan sonra sənətdən getməyə hazıram”.

Ətraflı videosüjetdə:





up