Rusiyaya gedən müğənni həyəcanlı ANLAR YAŞADI
26-06-2023, 22:02

Rusiyada toy məclisinə qatılan türkiyəli müğənni Petek Dinçöz həyəcanlı anlar yaşayıb.

AZİNFORM.AZ xəbər verir ki, sənətçi saatlarla ailəsi ilə əlaqə qura bilmədiyini, yaxınlarının narahat olduğunu bildirib. Petek qeyd edib ki, toyda olarkən gecə saat 12-dən sonra küçəyə çıxma qadağası qoyublar:

"Həyat yoldaşım, vizajistim və köməkçim Moskvaya gəlmişik. Aylar əvvəl burada toyda səhnəyə çıxmaq üçün danışmışıq. Otelə gedərkən burada müharibə olduğunu öyrəndik. İnternet olmadığı üçün heç kim məndən xəbər ala bilməyib. İnstaqrama belə girmək olmur. Bir proqram satın alıb, telefondan istifadə edə bildim. Çox qorxduq, təyyarədən enəndən sonra çoxlu xəbərlər eşitdik. Toyda olduğumuz yerdə küçəyə çıxma qadağası olduğunu eşitdik".

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında "Vaqner" özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Bununla əlaqədar Rusiyada ictimai tədbirlər təxirə salınıb, insanların küçəyə çıxmasına qadağa qoyulmuşdu.





up