"Kül sənin təpənə olsun, rəis haqqında mahnı olur?" – Mirəliyev əsəbiləşdi
22-05-2022, 19:20

"Rəis haqqında mahnı nə deməkdir, başa düşmürəm. Nə əcəb görən bu xanım rəisinin adını çəkməyib. (Gülür) Demək istəyirəm ki, artıq insanlarımız televiziyaya baxmırlar. Hamı internet televiziyasına baxır. Sən bu "Rəisim" mahnısını Azərbaycan xalqına niyə sırıyırsan? Bunu bir məclisdə sevgilin üçün oxuya bilərsən. Amma rəis haqqında mahnı olur? Bu gün rəis var, sabah yoxdur. Ölkə, məmləkət, region haqqında oxu. Kül sənin təpənə olsun, ay qız. Görün bunlar hansı yolla pul qazanmaq istəyirlər. Nə olsun ki, qadınsan, mərd olun. Belə edib xalqı niyə gözdən salırsınız?"

AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev son zamanlar tənqidlərə səbəb olan "Rəisim" mahnısı haqda danışarkən deyib. Ə.Mirəliyev Xəzər televiziyasında aldadılmasından da söz açıb:

"Dünən məni aldadıb Xəzər televiziyasına aparıblar. Guya ki, yeni bir maşın şou verilişi yaradıblar. Bir neçə nəfər də döyüşçü paltarı geyinib, əllərində dəyənək, üzlərində maskayla dayanıblar. Guya bunlar komandanın qolburanlarıdır. Onlar xoşlarına gəlməyən adamın qolundan tutub oyundan kənara atırlar. Dedim ki, ay bala, burax qolumu, özüm gedirəm. Deyir ki, yox, mən özüm qolundan tutub səni verilişdən uzaqlaşdırmalıyam. Mən də onları söydüm. Bunlar layihəni Rusiya kanalından oğurlayıblar. Görürlər baxan yoxdur və ona görə məni çağırıblar ki, guya verilişdə qalib gəlsən, pul verəcəyik. Mən yetimi aldadıb verilişə aparmışdılar. Qızım deyir ki, ata, sən məni biabır elədin, o boyda hörmətin var. Dedim ki, ay qızım, 3-5 min pul verəcəklərini dedilər, mən də getdim. Mən də "polis qardaşım", "Rəisim" mahnısı oxumuram ki".





up