"Hər kəs özü üçündür. Qız da özü üçündür, oğul da özü üçündür. Mən də hələ səbr edirəm".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri "Həmin Zaur" verilişinin qonağı olan Əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.
O, adlarını çəkmək istəmədiyi şəxslərdən gileylənib:
"İki nəfər var, zamanı gələndə onların adını açıqlayacam, böyük sensasiya olacaq. Baş verən hadisəni deyə bilmirəm. Desəm, gərək ad da çəkəm. Ad çəkmək istəmirəm. O dünyada da hər kəs özü cavab verəcək, bu dünyada da".