Bir müddət bundan öncə ayrılan müğənni Aysun İsmayılova son günlər baş verən hadisələrdən sonra ilk dəfə danışıb.
AZİNFORM.AZ xəbər verir ki, "Həmin Zaur" verilişində qonaq olan Aysun İsmayılova bildirib ki, onların evlilikləri ortaya atılan iddialar kimi deyil:
"Deyirlər ki, qurma evlilikdir. Biz doğurdan da ailə idik. Mənim elə bir şeyə ehtiyacım yoxdur. Bizim aramızdakı söhbət tamam başqa idi. Məni qınayanlara demək istəyirəm ki, yaşadığımı yaşasınlar. Onda anlayarlar məni".
Aparıcı Zaur Aysuna sabiq həyat yoldaşının onu döyməsi ilə bağlı sual ünvanlayıb. O isə bu suallara cavab vermək istəmədiyini qeyd edib.