Tanınmış jurnalist bəyan etdi: "Bu gün saat 11:00-da..." - FOTO
6-06-2023, 10:06

Tanınmış idman jurnalisti, ATV kanalında yayımlanan "Futbolumuz" verilişinin aparıcısı Ceyhun Rzayev bu gün intihar edəcəyini elan edib.  

AZİNFORM.AZ xəbər verir ki, tanınmış idman jurnalisti ailə münaqişəsi səbəbindən "Facebook" səhifəsində paylaşım edərək həyatına son qoyacağını deyib:  

"Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa - üzr istəyirəm. Haqqınızı halal edin.

Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.

C.Rzayev ünvan olaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi 8 ünvanındakı binanı göstərib.

Qeyd edək ki, artıq hadisə yerinə polis əməkdaşları və xilasedicilər gəlib.







up