Məşhur aktyor Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə həyat yoldaşını ad günü münasibətilə sosial şəbəkədə təbrik edib.
Birlikdə fotolarını yayımlayan Suada ona olan sevgisini bu sözlərlə ifadə edib:
"Həyatımın sevgisi, ad günün mübarək. Həyatımı sənsiz təsəvvür edə bilmirəm. Sən Allahdan mənə bir hədiyyəsən. Sevimli və cazibədar ərimin indi 35 yaşı var. Həmişə yanında olacağam, balaca oğlun kimi. Qəlbim hər zaman sənindir. Mənim tək can yoldaşım. Həmişə xoşbəxt ol. Səni sevirəm!". /axşam,az/