Sosial media fenomeni dələduzluğa görə saxlanıldı
21-05-2022, 08:50

Türkiyəli sosial media fenomeni Simge Baranoğlu saxlanılıb.

AZİNFORM.AZ oxu.az-a istinadən bildirir ki, o, sosial şəbəkələr üzərindən etdiyi dələduzluğa görə axtarışa verilmişdi.

İzmirin Ödəmiş rayonunda saxlanılan bloqer polis idarəsinə aparılıb.

Simge Baranoğlu daha əvvəl də dələduzluq ittihamı ilə həbs edilmiş və 56 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılmışdı.

Qeyd edək ki, onun "Instagram" hesabında 1bir milyon izləyicisi var.





up