Azərbaycanlı müğənnilərlə Zirəddini nə bağlayır?
30-05-2023, 11:40

Xalq artisti Gülyaz Məmmədova efirdə tanınmış ekstrasens Zirəddin Rzayevə aid qəzəli muğam üstündə ifa edib.

Ekstrasens olmaqla yanaşı həm də qəzəllər yazan Z.Rzayevin qəzəllərinə azərbaycanlı məşhurlar bundan öncə də müraciət ediblər.

Xatırladaq ki, bundan əvvəl Xalq artisti Brilliant Dadaşova da öz sosial şəbəkə hesabında ekstrasensin ifa etdiyi "Külək" mahnısını böyük maraqla qarşılamışdı.

Belə ki, o, "istedadlı insan hər sahədə istedadlıdır",- deyə Zirəddinin ifa etdiyi mahnını öz izləyicilərinə təqdim etmişdi.

Qeyd edək ki, Zirəddin Rzayev öz yaradıcılığına "Ziyaəddin" təxəllüsü ilə möhür vurur.






up