Brilliant Dadaşovaya brilliant üzük hədiyyə etdilər - VİDEO
18-05-2023, 23:37

"Heç kimdən hədiyyə gözləmirəm, ummuram, ağlıma da gəlmir".

AZİNFORM.AZ bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Space maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, zinət əşyaları reklamına çəkildiyi üçün mağaza ona brilyant üzük hədiyyə edib:

"Bu yaxınlarda zinət əşyaları satılan bir mağazanın reklamına çəkildim. Onlar mənə gözəl bir üzük hədiyyə etdilər. Amma mən o qədər öyrəşmişəm zəhmətimlə özümə nəsə almağı. O mənə başqa zövq verir. Bizim hər zaman nələrəsə ehtiyacımız var. Amma daha çox ehtiyacım tamaşaçımadır".





up