Sosial şəbəkələrdə və mediada “Cavanşir Məmmədov toyda öldü” başlığı ilə xəbərlər yayılıb.
AZİNFORM.AZ “sherg.az”a istinadən xəbər verir ki, Əməkdar artist sözügedən xəbərlərə qəzəblənərək bunları söyləyib:
“Mən açıqlama vermirəm. Öldü? Ölməmişəm ki? Başqa adamdır, bilmirəm. Sağam. Yazıblar, cəhənnəmə yazsınlar.
Yazan adam məhkəmədə cavab verə bilər. Bunu məndən eşitdiz. Yazan adamı tapın. Nə münasibət öyrənəcəksiz? Görürsüz ki, danışan özüməm. O adamdan danışın ki, utansın, yerə girsin ki, sənətkarı diri-diri öldürür. Necə ki, Zeynəb Xanlarova və başqaları haqda belə xəbərlər yaydılar. Mənim ömrümü uzadıb, onun yalanı ortaya çıxıb. İlhamə Quliyeva da sağ olanda belə şeylər çıxırdı. Bəsdirin! Tüpürüm yazılarına da... O vaxt elə bilərlər ki, tanınmış müğənni Cavanşir Məmmədov yazsınlar”.